AUT.AZ

Sabiq “Qarabağ”lı istefaya göndərildi

“Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi Mehmet Ak Türkiyənin 2-ci liqa təmsilçisi “1461 Trabzon”dan istefaya göndərilib.

Aut.Az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qaradəniz təmsilçisinin baş məşqçisi Türkiyə kubokunda “Kasımpaşa”ya 1:6 hesabı ilə uduzduqları ouyundan  sonra postundan qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, Mehmet Ak bundan əvvəl “Göztəpə”, “Qarabağ”, “Neftçi”, “Qalatasaray”,  Şəkərspor”, “Batman Petrol”, “Adıyaman” və “Ankaraspor”da çalışıb. O, “1461 Trabzon”a baş məşqçi kimi ötən mövsümün sonlarında keçmişdi.

Exit mobile version