AUT.AZ

“Qarabağ”ın gücündən danışdı

Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar haqda yerli mətbuata açıqlama verib.

Aut.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya “Latsio”su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır:

“Qarabağ” çətin, eyni zamanda güclü rəqibdir. Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur”.

Belçikalı baş məşqçi “köhlən atlar”ın 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb:

“Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir”.

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib:

“Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.

“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.

Exit mobile version