AUT.AZ

“Qarabağ” Tovuzdan da qələbə ilə ayrıldı

Bu gün Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyun keçirilib.

Aut.az xəbər verir ki, lider “Qarabağ” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Oyun saat 14:30-da başlayıb.

Qurban Qurbanovun komandası cari mövsümdə keçirdiyi bütün oyunları qələbə ilə başa vurub. Tovuz təmsilçisi “köhlən atlar”dan xal ala bilsə, bu, sensasiya sayıla bilərdi. Amma Ayxan Abbasovun komandası da “köhlən atlar”la bacarmayıb – 0:2.

Azərbaycan Premyer Liqası
3-cü turdan təxirə salınan oyun

9 noyabr

Turan Tovuz – Qarabağ 0:2
Qol: 
Vüsal Məsimov, 20-avtoqol. Kvabena Ovusu, 37.

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

Turan Tovuz: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 98. Elxan Qasımov, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Exit mobile version