AUT.AZ

Onu cərimə meydançasına yaxın buraxın ki…  

Rio Ferdinand Donni van de Beekin “Mançester Yunayted”dəki çıxışını qiymətləndirib.

Aut.az xəbər verir ki, MY-in sabiq müdafiəçisi Beekin heç cür özünün göstərə bilmədiyini vurğulayıb. O, bunun səbəbini də izah edib:

“Mən onu dörd-beş oyunda və bir neçə dəfə də “Ayaks”da  izləmişəm. O, ən dəyərli oyunçulardan biri idi. Onun “Mançester Yunayted”dəki əsas problemi odur ki, heç vaxt cərimə meydançasına yaxınlaşa bilmir. Buna görə də ən yaxşı keyfiyyətlərini göstərmək imkanı yoxdur.

Ritmi tuta, optimal formanı yığa bilmir. “Aston Villa” ilə oyunda da performans eyni idi, nəzərə çarpmırdı.

Ten Haq onu yaxşı tanıyır, nəyə qadir olduğunu bilir. “Mançester Yunayted”də isə o, özünü göstərməyə yaxın belə düşməyib”.

Aut.az

Exit mobile version