AUT.AZ

Onlara Mbappe lazım deyil – Qeyri-ciddi oyunçuları çoxdur

“Mançester Yunayted”in keçmiş futbolçusu Teddi Şerinqem deyib ki, “qırmızı şeytanlar” PSJ-nin hücumçusu Kilian Mbappe haqda düşünməməlidir.

Aut.az xəbər verir ki, Şerinqem “qırmız şeytanlara” məsləhət görüb ki, “Tottenhem”in hücumçusu Harri Keynə diqqət etsinlər.

“Mbappenin “Mançester Yunayted”ə lazım olduğunu düşünmürəm. Onların artıq qeyri-ciddi oyunçuları var. MY-yə  Harri Keyn və Deklan Rays kimi məqsədyönlü oyunçular lazımdır.

Ola bilsin ki, Keynlə Rays ən istedadlı futbolçular deyillər, amma doğru zamanda doğru şeyi edirlər. Mbappe əla oyunçudur, amma mən, Reşford, Ronaldo və Antoni kimi qeyri-ciddi futbolçulara yenə də ehtiyacın olub-olmadığını bilmirəm.

“Yunayted” həmişə ən yaxşı oyunçuları alıb: Roy Kin, Rio Ferdinand, Ueyn Runi – onlar öz dövrlərinin ən yaxşı oyunçuları  olublar. Onlara peşəkar, istəkli və əzmkar oyunçular lazımdır. Keyni əldən verməməlidirlər”.

Aut.az

Exit mobile version