AUT.AZ

Mükafatına qovuşdu

Avropada 2021/2022 mövsümünün ən çox qol vuran futbolçusu Robert Levandovski “qızıl buts” mükafatını alıb.

Aut.az xəbər verir ki, bu barədə polşalı hücumçunun çıxış etdiyi “Barselona” klubunun mətbuat xidməti məlumat yayıb.

Levandovskiyə mükafatı klubun sabiq kapitanı Karles Puyol verib. Forvard “qızıl buts”u almasıyla bağlı bunları deyib:

“Bu mükafata görə keçmiş komandam və komanda yoldaşlarıma çox təşəkkür edirəm. “Barselona”da olmaqdan məmnunam. Ümid edirəm ki, növbəti il daha uğurlu olacaq. Burada olmaq mənim üçün önəmlidir.

Səhvlərimiz oldu. “Barselona”da yeni dönəm başlayıb. Səhifə dəyişir, pozitiv olmalıyıq”.

Levandovski ötən mövsüm “Bavariya” ilə 35 qola imza atıb.

Exit mobile version