AUT.AZ

“Mən sənin ananla…”  

“Barselona”nın müdafiəçisi Jerar Pike La Liqanın 14-cü turunda “Osasuna” ilə keçirilən görüşdə hakimi təhqir edib.

Aut.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Hesus Hil Mansano “Barsa”nın hücumçusu Robert Levandovskini meydandan qovub. Fasilədə paltardəyişmə otağına gedən tuneldə Pike hakimlə mübahisə edib və onun anası haqda nalayiq ifadə işlədib:

“Ən böyük pisliyi bizə sən edibsən. Bu işə görə utanmalısan. Mən sənin lənət gəlmiş ananla sekslə məşğul olmuşam”.

Bundan sonra hakim Pikeyə qırmızı vərəqə göstərib. Qaydalara görə, onu 6 oyuna qədər cəza gözləyir.

Qarşılaşma “Barsa”nın qələbəsi ilə yekunlaşıb – 2:1.

Aut.az

 

Exit mobile version