AUT.AZ

“Liverpul”u Makqreqor alır?

İki çəki dərəcəsində sabiq UFC çempionu, irlandiyalı Konor Makqreqor “Liverpul”un sahibi ola bilər.

Aut.az xəbər verir ki, Makreqor “Liverpul”un satışa çıxarılmasına sevindiyini bildirib. O, sosial şəbəkədə belə yazıb:

“Böyük məmnuniyyətlə bunu edəcəm! “Liverpul”un satışa çıxarılması xəbəri mənə çatan kimi əlavə məlumat tələb etdim. Hadisələrin inanılmaz dönüşü, möhtəşəm klub!”

Xatırladaq ki, “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu satmağa hazır olduğunu bildirib. O, 4,6 milyard avroya razılaşacağını bəyan edib.

Aut.az

Exit mobile version