AUT.AZ

İtaliya yolunda

Yayda keçdiyi Türkiyə klubu ilə – “Adana Demirspor”la müqaviləsini bir həftə öncə ləğv edən rus futbolçu Artyom Dzyuba karyerasını İtaliya B Seriyasında davam etdirməyə yaxındır.

Aut.Az xəbər verir ki, bu barədə “Venetsiya”nın icraçı-direktoru Aleksander Menta Rusiyanın “Sport24” saytına danışıb:

 

“Ola bilsin ki, Dzyuba qışda “Venetsiya” ilə anlaşma imzaladı. Hazırda bu variant üzərində düşünürük. Qışa yaxın hər şey dəqiqləşəcək”.

Qeyd edək ki, 34 yaşlı hücumçu Super Liqa klubuna böyük ümidlərlə cəlb edilsə də, çıxdığı 5 matçda cəmi 1 qol vurub.

Exit mobile version