AUT.AZ

DÇ-2022: Xorvatiya millisinin yekun heyəti

Xorvatiya millisinin bu ay Qətərdə start götürəcək dünya çempionatında hansı heyətlə yollanacağı bəlli olub.

Aut.az xəbər verir ki, baş məşqçisi Zlatko Daliç 26 futbolçuya güvənib.

Qapıçılar: Dominik Livakoviç (“Dinamo” Zaqreb), İvitsa İvuşiç (“Osiek”), İvo Qrbiç (“Atletiko” Madrid, İspaniya)

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren (“Zenit”, Rusiya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Yosip Yuranoviç (“Seltik”, Şotlandiya), Yoşko Qvardiol (“Leyptsiq”, Almaniya), Borna Sosa (“Ştutqart”, Almaniya), Yosip Stanişiç (“Bavariya”, Almaniya), Martin Erliç (“Sassuolo”, İtaliya), Yosip Şutalo (“Dinamo” Zaqreb)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Renn”, Fransa), Kristian Yakiç (“Ayntraxt”, Almaniya), Luka Suçiç (“Zalsburq”, Avstriya)

Hücumçular: İvan Perişiç (“Tottenhem”, İngiltərə), Andre Kramariç (“Hoffenhaym”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo” Zaqreb), Ante Budimir (“Osasuna”, İspaniya), Marko Livaya (“Hayduk”)

Xorvatiya millisi F qrupunda Belçika, Kanada və Mərakeşlə birlikdə mübarizə aparacaq.

Exit mobile version