AUT.AZ

Sıradan çıxdı

Seneqal millisinin və “Bayern Münhen”in futbolçusu Sadio Mane zədələnib.

Aut.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda “Verder”lə matçda sıradan çıxıb.

O, 20-ci dəqiqədə Leroy Sane ilə əvəzlənib. Manenin DÇ-2022-yə qədər sağalıb-sağalmayacağı sual altındadır.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi dünya çempionatında A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.

Exit mobile version