AUT.AZ

Anası Almaniyaya çuğundur göndərir

“Leyptsiq”in və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol ölkəsinin HTV kanalına maraqlı müsahibəsi ilə diqqət çəkib.

Aut.Az xəbər verir ki, 20 yaşlı futbolçu “Lids”dən də təklif aldığını, bununla belə niyə Almaniya klubunu seçdiyinə aydınlıq gətirib.

“Lids” və “Leyptsiq” arasında seçim edərkən düşündüm ki, belə gənc yaşda İngiltərədə oynamaq tezdir. Öhdəsindən gələ bilməyəcəyimi düşündüm. İngiltərəyə yollanmaq üçün beş illik təcrübə lazım idi.  “Leyptsiq”də olan ispaniyalı Dani Olmo ilə danışdım. O, karyeramı burada davam etdirməyimi məsləhət gördü. “Leyptsiq” İngiltərəyə getmək üçün “yaşıl işıq” olmalıdır”.

Ötən ilin yayında 19 milyon avro təzminatla “Dinamo”dan (Zaqreb) “Leyptsiq”ə keçən Qvardiol Almaniya klubundan aldığı ilk maaşı hara xərclədiyini açıqlayıb:

“Ev elanlarını valideynlərimə göstərib dedim ki, seçim etsinlər. Onlar Zaqreb yaxınlığında olan bir evi seçdilər. Anamın bağı var. Yerli çuğundur əkir və Almaniyaya göndərir”.

Exit mobile version