AUT.AZ

Səhər “Yunayted”, günorta isə “Tottenhem” forması geyinirmiş

“Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemin ailəsində müxtəlif klublara azarkeşlik ediblər.

Aut.az xəbər verir ki, Bekhem atasının “Mançester Yunayted”, babasının isə  “Tottenhem” azarkeşi olduğunu bildirib. O, həm atasından, həm də babasından aldığı hədiyyələri məmnuniyyətlə qəbul edirmiş:

“Valideynlərim mənə “Mançester Yunayted”, babam isə “Tottenhem” forması hədiyyə edirdilər.

Səhərlər “Yunayted”in, günortalar isə “Tottenhem”in formasını geyinirdim”.

Qeyd edək ki, Bekhem 1991-ci ildə “qırmızı şeytanlar”a qoşulmazdan əvvəl “Tottenhem”in gənclər komandasında çıxış edib.

Aut.az

 

Exit mobile version