AUT.AZ

O gəlmir,  bunlar isə plan qururlar

“Mançester Yunayted” “Bavariya”nın hücumçusu Erik-Maksim Şupo-Motinqin xidmətində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sport”un jurnalisti Florian Plettenberq yayıb. Onun sözlərinə görə, ingilis klubunun bossları Ronaldonun yanvarda komandadan ayrılacağını gözləyirlər. Onun yerinə isə əsas namizəd kimi kamerunlunu nəzərdə tutublar.

Bununla belə, o da bildirilir ki, Şupo-Motinq Münhen klubunda qalmaq niyyətindədir. “Bavariya”nın dünya çempionatından sonra futbolçu ilə yeni müqaviləsi imzalayacağı gözlənilir.

Hücumçu bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 14 oyuna 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version