AUT.AZ

Liderə qalib gəldi

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Fall Chess Classic” turnirində növbəti görüşünü keçirib.

Aut.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın altıncı turunda qara fiqurlarla turnir cədvəlinin lideri, Hindistan təmsilçisi Vidit Santoş Qucrati ilə qarşılaşıb. Matç 56-cı gedişdə Abasovun qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, xalını 3-ə çatdıran Abasov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Hazırda lider 4 xal toplayan Yanqyi Yudur (Çin).

Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Exit mobile version