AUT.AZ

İttiham götürüldü, dopinq qəbul etməyib

“Atalanta”nın argentinalı müdafiəçisi Xose Palominonun üzərindən dopinq ittihamı götürülüb.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xose sayta verdiyi açıqlamada hisslərini belə ifadə edib:

“Çox xoşbəxtəm! Mən ədalətə inanırdım və indi komanda yoldaşlarımla məşqə çıxacağım anı səbirsizliklə gözləyirəm”.

Yaxın vaxtlarda argentinalının komandaya qoşulacağı bildirilir. İyulun 26-da İtaliyanın Antidopinq Məhkəməsi Xose Palominoya, dopinq-testində qadağan olunmuş maddə aşkar olunduğuna görə müvəqqəti olaraq meydana çıxmağı qadağan etmişdi. Söhbət anabolik steroid, nandrolondan gedir.

Argentinalı “Atalanta”ya 2017-ci ildə Bolqarıstanın “Ludoqorets” klubundan keçib. Bu ilin aprelində o, klubu ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb. Palomino “Atalanta”da 151 matçda 6 qol vurub.

Aut.az

Exit mobile version