AUT.AZ

FİFA və UEFA-dan Rusiya millisinə “yaşıl işıq”

FİFA və UEFA Rusiya millisi ilə Tacikistan yığması arasında yoldaşlıq oyununun keçirilməsinə razılıq verib. 

Aut.Az xəbər verir ki, məlumatı Tacikistan Futbol Federasiyasının nümayəndələrinə istinadən TASS xəbər agentliyi yayıb.

“Biz həm UEFA, həm də FİFA-dan icazə almışıq. Matçın xalları FİFA reytinqinə düşəcək. Bu oyunda komandalar altı əvəzetmə edə biləcəklər”.

Noyabrda keçirilən təlim-məşq toplanışı çərçivəsində Rusiya millisi iki yoldaşlıq oyunu keçirəcək – Tacikistan (17 noyabr) və Özbəkistan (20 noyabr).

Qeyd edək ki, bundan əvvəl beynəlxalq futbol qurumları Rusiya klublarını və milli komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmışdı.

Exit mobile version