AUT.AZ

DÇ-yə gedəcək heyətə salındı, sevgilisinə təklif etdi ki… – Foto

Braziliya yığmasının baş məşqçisi Tite “Flamenqo”nun hücumçusu Pedro Abreunu dünya çempionatına gedəcək heyətə salıb.

Aut.az xəbər verir ki, Pedro bu xəbərdən o qədər xoşbəxt olub ki, sevgilisinə evlilik təklif edib. Sosial şəbəkələrin birində həmin anı təsvir edən təsirli video yayılıb.

2022-ci ildə Libertadores kubokunun qalibi olan Pedro sevgilisi Fernando Noqeyradan  “hə” cavabı alıb.

Braziliya mundialın qrup mərhələsində Serbiya, İsveçrə və Kamerunla mübarizə aparacaq.

Aut.az

 

Exit mobile version