AUT.AZ

DÇ-2022: Millinin heyətində dəyişiklik edildi

DÇ-2022-nin E qrupunda Almaniya, Kosta-Rika və İspaniya ilə mübarizə aparacaq Yaponiya yığmasının heyətində dəyişiklik edilib.

Aut.az xəbər verir ki, müdafiəçi Yuta Nakayama zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Şanon Belmar” klubunun hücumçusu Şuto Maşino milliyə cəlb edilib.

Qətərdə keçiriləcək mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Exit mobile version