AUT.AZ

Boşanmadan danışdı – reperlə romantik münasibətim haqqında…

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı və agenti Vanda Nara boşanmaları haqda danışıb.

Aut.az “Calciomercato”ya istinadən xəbər verir ki, Vanda İkardini hələ də sevdiyini bildirib. O, reperlə romantik münasibətlərinin olmadığını da iddia edib:

“Biz iki ay əvvəl boşandıq. Amma onu sevirəm və o, mənim üçün bu dünyada ən vacib insandır. Digər tərəfdən, mənim reperlə romantik münasibətim haqqında deyilənlər doğru deyil. Bütün bunlar bir sıra anlaşılmazlıqlar nəticəsində baş verdi.

Mən Argentinada işləyirəm, o, Türkiyədə yaşayır, uşaqlarımız isə İtaliyadadır. Argentinada səhər 8-dən axşam saat 8-ə kimi teleşouda çalışarkən, reperlə bağlı söz-söhbət yayıldı. Bu da Mauronu əsəbiləşdirdi, mənə dəfələrlə zəng etdi.

O, məni geri qaytarmağa çalışır, amma mənim nəyi isə bağışlamağa ehtiyacım yoxdur. O mesajları unutmuram. Ailəmi qorumaq üçün seçim etməli oldum. Mən nə vaxtsa İkardinin yanına qayıda bilərəm? Kim bilir…”

Aut.az

 

 

 

Exit mobile version