AUT.AZ

Bəs karyerasını bitirmişdi? – Adı iştirak ərizəsində

“Barselona”nın müdafiəçisi Jerar Pike La Liqada “Osasuna”ya qarşı keçiriləcək oyun üçün komandanın heyətinə daxil edilib.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu daha əvvəl karyerasını başa vurduğunu açıqlamışdı. Pike La Liqanın 13-cü turunda “Almeriya” ilə matçın (2:0) onun üçün sonuncu olacağını bildirmişdi.

Müdafiəçinin adının, heyətdəki problemlər səbəbindən “Osasuna” ilə görüşün iştirak ərizəsinə daxil edildiyi güman olunur.

Xatırladaq ki, Pike “Barselona”nın yetirməsidir. Müdafiəçi 2004-cü ilə qədər klubda çıxış edib, sonra isə “Mançester Yunayted”ə keçib və icarə əsasında “Saraqosa”da oynayıb. 2008-ci ildə “Barsa”ya qayıdıb, bu klubda 28 titul qazanıb, 616 oyuna çıxıb.

Aut.az 

 

 

Exit mobile version