AUT.AZ

Ən zəif bu “üçlük”dür – Pul hara gedib?

Qari Nevill “Mançester Yunayted”in hücum xəttini tənqid edib.

Aut.az xəbər verir ki, mankunianların sabiq müdafiəçisi Kriştiano Ronaldo – Markus Reşford – Alexandro Qarnaço triosunun çıxışını qiymətləndirib:

“Düzdür, “Mançester Yunayted”in oyunu daha baxımlı olub. İndi daha çox mübarizə aparırlar, amma “Siti”yə yaxın düşə bilməyiblər. Eriksen yarımmüdafiəyə keyfiyyət gətirdi və Martines müdafiəyə möhkəmlik əlavə etdi, lakin o, qeyri-sabitdir və bu da ciddi problemdir.

MY-in hücum “üçlüyü” Premyer Liqada ilk 6 pillədə qərarlaşan komandaların arasında ən zəifdir. Bu hücumçular istəniləni vermirlər. Baxmayaraq ki, baş məşqçi onları sıxır ki, nəsə əldə edə bilsin.

Başa düşmürəm, “Yunayted”in pulu hara getdi? Son 4-5 ildə onların xərclədiklərinin heç bir nəticəsi yoxdur”.

Aut.az  

 

Exit mobile version