Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz”i məğlub edən (3:1) “Qarabağ” Avropada bu mövsüm xal itirməyən yeganə komandadır.
Aut.az xəbər verir ki, “atlılar” çempionatda keçirdiyi 12 matçın hər birini qazanıb.
Son olaraq “Düdelanj” Lüksemburq çempionatının XI turunda “Svift Hesperange”yə uduzub – 0:4. Digər məğlub olmayan komanda “Panatinaikos” isə Yunanıstan Super Liqasının XI turunda “Olimpiakos”la heç-heçə edib – 1:1.