AUT.AZ

“Liverpul” satışa çıxarıldı

İngiltərənin “Liverpul” klubu “Fenway Sports Group” tərəfindən satışa çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic”in jurnalisti David Ornşteyn məlumat verib. “Fenway Sports Group”dan klubun satışa çıxarılıb-çıxarılmadığı ilə bağlı sorğuya belə cavab verilib:

“Son vaxtlar bir sıra klubların sahibləri dəyişib və bu prosesin hələ də davam edəcəyi ilə bağlı şayiələr gəzir. Bu baxımdan bizdən müntəzəm olaraq “Fenway Sports Group”-un (FSG) “Liverpul”un sahibi kimi statusu haqda soruşurlar.

FSG tez-tez “Liverpul”un səhmdarları olmaqda maraqlı olan üçüncü tərəflərdən təkliflər alır. Qrup daha əvvəl də bildirmişdi ki, klubun maraqlarına uyğun olsa, yeni səhmdarları nəzərdən keçirə bilər. FSG “Liverpul”un həm meydançada, həm də kənarda uğurları üçün əlindən gələni edir”.

Hazırda kiminlə danışıqların getdiyi və hansı mərhələdə olduğu məlum olmasa da, FSG təkliflərə açıqdır. Şirkətin qurucusu Con Henri “Liverpul”u 2010-cu ildə alıb. Onun dövründə klub Çempionlar Liqasının (2019) və Premyer Liqanın (2020) qalibi olub.

Aut.az

Exit mobile version