AUT.AZ

Köynəyini futbolçuya verdi ki, topu silsin – Foto

İngiltərədə Çempionşipin 20-ci turunda keçirilən “Roterhem Yunayted” – “Norviç Siti” qarşılaşmasında maraqlı epizod yaşanıb.

Aut.az xəbər verir ki, epizodların birində meydan sahiblərinin futbolçusu topu oyuna daxil etməli olsa da, yaş olduğu üçün  onu qurutmağa çalışıb. Lakin onun buna nail ola bilməyəcəyini görən azarkeşlərdən biri köməyə çatıb.

O, köynəyini çıxardaraq futbolçuya verib ki, topu silsin. Oyunçu bu köməkdən böyük məmnuniyyətlə yararlanıb, topu silib və oyuna meydana daxil edib.

Amma azarkeşin dəstəyinə baxmayaraq, meydan sahibləri bu görüşdə məğlub olublar – 1:2.

Aut.az 

 

Exit mobile version