AUT.AZ

Kontedən Kloppa sarkazmlı cavab

“Tottenhem” Premyer Liqanın 15-ci turunda öz meydanında  “Liverpul”a məğlub olub (1:2).

Aut.az xəbər verir ki, oyundan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp “Tottenhem”in oyununu tərifləyib. Antonio Kontenin onun tərifinə cavabı sarkazm dolu olub:

“Yurgen bizim oyunumuzu bəyənib? Nə yaxşı…. Onun fikri bizim üçün önəmlidir. O, yaxşı məşqçidir”.

Qeyd edək ki, may ayında bu komandalar arasında 1:1 hesab ilə yekunlaşan oyundan sonra Klopp “Tottenhem”in oyun tərzini tənqid etmişdi.

Aut.az

Exit mobile version