AUT.AZ

Fransada Kərim narahatlığı

Fransa millisinin məşqçilər korpusu Kərim Benzemaya görə narahatdırlar.

Aut.az xəbər verir ki, məşqçilər dünya çempionatında qrup mərhələsinin 1-ci turunda  Avstraliya ilə keçiriləcək ilk oyuna qədər  Kərimin sağalacağına şübhə ilə yanaşırlar.

34 yaşlı Benzema oktyabrın 19-dan bəri “Real”ın Çempionlar Liqası və La Liqada keçirdiyi 5 oyundan 4-nü buraxıb. O, sol budunda əzələ problemi yaşayır və son vaxtlar ümumi qrupdan ayrı məşq edir.

Qeyd edək ki, zədə səbəbindən Fransa artıq N’Qolo Kante (“Çelsi”) və Pol Poqbanı (“Yuventus”) itirib. Rafael Varanın (“Mançester Yunayted”) turnirdə iştirakı da şübhə altındadır.

Fransa – Avstraliya matçı noyabrın 22-də keçiriləcək. Həmçinin, hazırkı dünya çempionları ilə eyni qrupda Danimarka və Tunis də yer alıb.

Aut.az

Exit mobile version