AUT.AZ

Bu gün “Qarabağ”ın rəqibi bəlli olur

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olacaq.

Tədbir saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu evdə olacaq.

Səpələnmişlər:

Anderlext (Belçika)

Bazel (İsveçrə)

CFR Kluj (Rumıniya)

Dnepr-1 (Ukrayna)

Fiorentina (İtaliya)

Gent (Belçika)

Lex (Polşa)

Partizan (Serbiya)

 

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)

Budo Qlimt (Norveç)

Braqa (Portuqaliya)

Latsio (İtaliya)

Ludoqorets (Bolqarıstan)

Qarabağ (Azərbaycan)

Şerif (Moldova)

Trabzonspor (Türkiyə)

 

Exit mobile version