AUT.AZ

Belçikada Yaremçuk  təhqir olundu, bəyanat yayıldı – Foto  

Belçika çempionatının 16-cı turunda  keçirilən “Gent” -Brügge” oyununda meydan sahiblərinin azarkeşləri rəqibin ukraynalı hücumçusu Roman Yaremçukun ünvanına pankart asıblar.

Aut.az xəbər verir ki, azarkeşlərin pankartında “Xainlərə ölüm, Yaremçuk Yahudadır” yazılıb.

Qarşılaşmadan dərhal sonra “Gent” məsələ ilə bağlı bəyanat yayıb:

“Roman Yaremçuka qarşı açılan pankartı qəti şəkildə rədd edirik. Hörmətsizlikdir və bizə aid deyil. Ayrı-ayrı şəxslərin klubdan icazəsiz gördüyü işdir.

Banner tez bir zamanda yığışdırıldı. “Gent” təxribata görə Roman Yaremçukdan üzr istəyir

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az

 

Exit mobile version