AUT.AZ

Tənqidlər mənasızdır, biletlərin 97 faizi satılıb

Qətərin xarici işlər naziri Məhəmməd Ben Abderrahman Al Thani dünya çempionatını boykot çağırışlarına cavab verib. Aut.az xəbər verir ki, O, “dünya çempionatını boykot çağırışlarına münasibətiniz necədir?” sualına belə cavab verib:

“Dünya çempionatının boykot edilməsinin səbəbləri məntiqə tab gətirmir. Bu hücumlarda ikiüzlülük, ikili standart var, bizim nail olduğumuz hər şey inkar edilir.

Tənqidlər, əsasən 10 ölkədən, çox az sayda insan tərəfindən yayılır. Reallıq isə odur ki, bütün dünya futbol bayramını səbirsizliklə gözləyir. Biletlərin 97%-dən çoxu satılıb. Ən çox bilet alan ölkələr arasında Fransa da var”.

Aut.az

Exit mobile version