AUT.AZ

Sançesin keçmiş sevgilisi məşhur futbolçu ilə nişanlandı

“Tottenhem”in müdafiəçisi Erik Dayer model Anna Modlerlə nişanlanıb.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, onlar cəmisi bir neçə ay əvvəl tanış olublar.  Maraqlıdır ki, Anna daha əvvəl başqa bir futbolçu ilə – hazırda “Marsel”də çıxış edən, vaxtilə  “Mançester Yunayted”, “Arsenal” və “İnter”in də formasının geyinən Aleksis Sançeslə sevgili olub.

Cənubi afrikalı model sosial şəbəkələrin birində Dayerlə fotosunu yerləşdirərək belə yazıb:

“Mən “hə” dedim”.

Erik Dayer bu mövsüm “Tottenhem”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 2 qol vurub.

Aut.az

Exit mobile version