AUT.AZ

“Real” getməsini arzulayır, o isə…

“Real” artıq Eden Hazardın xidmətində maraqlı deyil və ondan mümkün qədər tez qurtulmaq niyyətindədir.

Aut.az “Marca” nəşrinə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Madrid klubunun planlarına daxil deyil. Yarımmüdafiəçi heyətə düşmək uğrunda mübarizədə Rodriqo Qoes və Marko Asensioya uduzur.

Bəzən “Real”ın məşqçilər korpusu, hətta Mariano Diası Edendən yüksək qiymətləndirirlər. Klub, artıq onun durumunun dəyişəcəyinə inanmır.

Hazard bilir ki, “Real” məmnuniyyətlə ondan qurtulmaq istəyir,  lakin o, Madridi tərk etmək fikrində deyil. Bu, onun qəti mövqeyidir. Bunu həm birbaşa, həm də dolayısı ilə açıqlayıb.  Məsələn, bu yaxınlarda yarımmüdafiəçinin övladları “Real”ın  akademiyasında təhsil almağa başlayıb.

Klub rəhbərliyi ümid edir ki, dünya çempionatından sonra Edenə təklif gələcək və belçikalı da onu qəbul edəcək. Belçikalının müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bu mövsüm 6 matçda 229 dəqiqə meydanda olan yarımmüdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version