AUT.AZ

Rəhbərlik qorxub, o isə zəng edib və deyib ki….

Kazemiro “Mançester Yunayted”ə keçməyi həddindən artıq çox istəyirmiş. Onu, “qırmızı şeytanlar”ın mövsümə zəif başlaması da istəyindən döndərməyib.

Aut.az  “Daily Mail”-ə istinadən məlumat verir ki, “Mançester Yunayted” Premyer Liqanın 2-ci turunda “Brentford”a 0:4  hesabı ilə uduzduqdan sonra Kazemiro MY-in direktoru Con Mertoya zəng edib və gəlmək istədiyini bildirib.

Həmin vaxt “Mançester Yunayted”in Kazemiro ilə danışıqları inkişaf etmiş mərhələdə idi. Braziliyalı “Brentford”la oyunu İspaniyada televizordan izləyib.

Matçdan sonra “Mançester Yunayted” rəhbərliyi braziliyalının transferdən imtina edəcəyindən qorxsa da, o, idman direktoruna zəng edərək fikrini dəyişmədiyini bildirib.

Onun bu hərəkəti klub rəhbərliyini inandırıb ki,  Kazemiro üçün 60+10 milyon funt sterlinq ödəməyə dəyər.

Aut.az

Exit mobile version