Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirində bu gün final oyunu keçiriləcək.
Aut.az xəbər verir ki, saat 20:00-da başlayacaq final qarşılaşmasında Braziliya və İran komandaları qarşılaşacaq.
Oyunun baş hakimi çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov olacaq.