AUT.AZ

Bilərəkdən qırmızı vərəqə alıb?

Ötən gün İtaliya A Seriyasının XIII turunda “Milan” “Spetsiya”nı Jirunun son dəqiqədə vurduğu qol sayəsində 2:1 üstələyib.

Aut.Az xəbər verir ki, təcrübəli forvard fərqləndikdən sonra formasını çıxartdığı üçün ikinci sarı – qırmızı vərəqə alaraq meydandan qovulub.

SN iddia edib ki, fransalı hücumçu qarşıdakı dünya çempionatına qədər mümkün qədər az oynamaq üçün “qırmızı”nı bilərəkdən alıb.

Nəşr iddia edib ki, bir çox futbolçu kimi, Jirunun da fikri çoxdan Qətərdədir.

Exit mobile version