AUT.AZ

Bazar dəyəri 70 milyondur, “Siti” 120 milyon verir

“Milan”ın hücumçusu Rafael Leau qış transfer pəncərəsində “Mançester Siti”yə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb. İngiltərə klubu 23 yaşlı portuqaliyalı üçün 120 milyon avro təklif etməyə hazırdır. “Şəhərlilər” futbolçuya illik 10 milyon avro məvacib vəd edir.

Leau “Milan”a 2019-cu ildə “Lill”dən 29,5 milyon avroya keçib. Rafael komandanın heyətində 133 oyunda 33 qol vurub və 30 məhsuldar ötürmə edib.

Ötən mövsüm o, komandasının 11 ildən sonra ilk dəfə İtaliya çempionluğunu qazanmasına kömək edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır.

Rafael Leaunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Aut.az

Exit mobile version