AUT.AZ

Azarkeşin mərkəzdən dəqiq atışı avtomobil qazandırdı – Video

Milli Basketbol Liqasında (MBA) möhtəşəm olay yaşanıb.

Aut.az xəbər verir ki, “Nyu-York” – “Boston” qarşılaşmasında azarkeş avtomobil qazanıb. “Nyu-York”un fanatı meydanın mərkəzindən dəqiq atış etdiyi üçün uduşa qoyulmuş avtomobilin sahibi olub.

Onun əynindəki formanın üzərində  komandanın sabiq bombardiri Con Starksa məxsus nömrə olub. Qarşılaşma “Boston”un qələbəsi ilə yekunlaşıb – 133:118.

Aut.az

Exit mobile version