AUT.AZ

Valeri Karpinlə bağlı qərar verildi

Rusiya millisinin baş məşqçisi Valeri Karpinlə müqavilə uzadılıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Futbol İttifaqı yayıb.

Karpinlə yeni anlaşma 2024-cü ilin avqustuna qədər nəzərdə tutulub. O, 2021-ci ilin yayından yığmaya rəhbərlik edir.

Karpin bu postda Stanislav Çerçesovu əvəzləyib.

Exit mobile version