AUT.AZ

Superkubokun təqvimi

Futbol üzrə İspaniya superkubokunun təqvimi müəyyənləşib.

Aut.az xəbər verir ki, turnir 2023-cü ilin yanvar ayında Ər-Riyadda təşkil olunacaq.

Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaq. Yanvarın 11-də keçiriləcək ilk yarımfinal oyununda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq.

Final oyunu ayın 15-də baş tutacaq.

Superkubokun son qalibi “Real”dır.

Exit mobile version