AUT.AZ

“Qarabağ”ın hücumçusu kənarda qaldı

Qana milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Otto Addo 55 futbolçuya dəvət göndərib.

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu siyahıdan kənarda qalıb. Forvardın adı ilkin heyətdə yer almayıb.

Qana yığması DÇ-2022-nin H qrupunda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə qarşılaşacaq.

Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Exit mobile version