AUT.AZ

PSJ-dən əl çəkmir – Klub-dövlətlər olmamalıdır

LISBON, PORTUGAL - SEPTEMBER 05: Javier Tebas President of La Liga talks during Day 1 of Soccerex Europe Convention at Tagus Park on September 5, 2019 in Lisbon, Portugal. (Photo by Gualter Fatia/Getty Images)

La Liqanın prezidenti Xavyer Tebas növbəti dəfə PSJ-ni tənqid edib.

Aut.az xəbər verir ki, Tebas növbəti 5 ilin Avropa futbolu üçün çətin olacağını bildirib:

“Yaxşı, növbəti beş il çətin mübarizə olacaq. Söhbət təkcə Superliqa layihələrindən getmir. Azarkeşlərin futboldan həzz almağa davam etməsi üçün biz həm də, hər kəsi iqtisadi davamlılığın zəruriliyinə inandırmalıyıq.

Milyonlarla itkisi olan klublar, klub-dövlətlər olmamalıdır. PSJ ötən mövsüm 300 milyon avro itki ilə üzləşib, maaşlar isə Liqa 1-in bütün maaş fondunun 60%-ni təşkil edir. Bu, futbol deyil”.

Qeyd edək ki, sahibləri ayrı-ayrı ölkələrin hökuməti ilə sıx bağlı olan komandalar, adətən klub-dövlətlər adlandırılır. PSJ, “Mançester Siti” və “Nyukasl”  belə klubların siyahısında göstərilir.

Aut.az

Exit mobile version