AUT.AZ

Onlar pul vermək istəməyiblər, bu da gedib

“Real”ın və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos 2014-cü ildə “Bavariya”dan İspaniya komandasına keçidi haqda danışıb.

Aut.az xəbər verir ki, Kross “Marca”ya verdiyi açıqlamada “Bavariya”da “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə işləməsinə də münasibət bildirib:

“Qvardiola son günə qədər “Bavariya”da qalmağım üçün mübarizə apardı. Ən yaxşı məşqçini seçməli olsaydım, onu seçərdim. Onun rəhbərliyi altında oynamaq mənə çox xoş idi, çox şey öyrəndim və bu, mənim irəliləməyimə kömək etdi.

Amma sonra Pepin komandadan daha tez gedə biləcəyini bildiyim üçün 5 il müddətinə yeni müqavilə imzalayıb-imzalamamaqla bağlı qərar verməli oldum. Bu, çətin bir qərar idi, çünki karyerama uzun illər təsir edə bilərdi. Sonda hər şey sadəcə olaraq həll olundu – klubla razılığa gəlmədik.

Düşünürdüm ki, tələb etdiyim məvacibə layiqəm. Amma onlar başqa cür düşünürdülər. Onlar mənə pul vermək istəmədilər, mən getdim”.

Aut.az

Exit mobile version