AUT.AZ

“İki yol var idi: ya döyüşürsən, ya da…”

“Real”ın hücumçusu Kərim Benzema Madrid klubuna keçərkən üzləşdiyi çətinliklərdən danışıb.

Aut.az xəbər verir ki, 34 yaşlı hücumçu “Real”a yeni gəldiyində ona kömək edən futbolçuların adlarını da açıqlayıb:

“Mənim Madridə gəlişim çətin oldu. Bura yeni gələndə bu dildə danışa bilmirdim. Amma iki yol var idi: ya döyüşürsən, ya da evə qayıdırsan. Mən birinci variantı seçdim.

O vaxt paltardəyişmə otağında lider futbolçularla çox yaxşı anlaşırdım. Quti və Raul mənə böyük kömək oldular. Hətta bir az fransızca bilən Kriştiano Ronaldo da uyğunlaşmağıma kömək etdi.

“Real”la müqavilə imzalamaqla arzumu reallaşdırdım”.

Benzema 2009-cu ildə “Real”a keçib. O, 2021-ci ilin avqustunda klubla müqaviləsini daha iki il uzadıb.

Fransalı futbolçu bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Exit mobile version