AUT.AZ

ABŞ-da ilk məğlubiyyət

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Fall Chess Classic” turnirində növbəti görüşünü keçirib.

Aut.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın üçüncü turunda qara fiqurlarla Çexiya təmsilçisi Tay Day Van Nquen ilə qarşılaşıb. Matç 43-cü gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb.

 

Bu, şahmatçımızın turnirdə ilk məğlubiyyəti olub.

Abasov hazırda 1,5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider 2,5 xal toplayan Vidit Santoş Qucratidir (Hindistan).

Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Exit mobile version