AUT.AZ

Vətəndaşlıq aldı

“Liverpul”un baş məşqçisi Yürgen Klopp yeni mükafat alıb.

Aut.Az xəbər verir ki, alman məşqçi Liverpul şəhərinin fəxri vətəndaşı elan edilib.

55 yaşlı mütəxəssis 2015-ci ildən rəhbərlik etdiyi komandaya gəlişindən sonra qazandırdığı uğurlara görə yerli meriyada keçirilən mərasimdə şəhərin ən böyük mükafatını aldı.

Onun ən nöyük uğuru sössüz ki, 2019-cu ildə Çempionlar Liqasının, eləcə də İngiltərə Premyer Liqanın qalibi olmasıdır.

Klopp aldığı mükafatla bağlı belə deyib: “Həyatımda heç vaxt belə bir fürsətim olmamışdı. Mən ənənələri sevirəm. Etiraf etməliyəm ki, hər şeydən, xüsusən də təsirli çıxışlardan həzz aldım”.

Qeyd edək ki, Yürgen Kloppdan əvvəl yalnız bir əcnəbi Liverpul şəhərindən bu mükafatı alıb. Söhbət Cənubi Afrika Respublikasının keçmiş prezidenti və irqi bərabərlik uğrunda mübarizə aparan Nelson Mandeladan gedir.

Exit mobile version