AUT.AZ

Türkiyə millisini çalışdıra bilər

Türkiyə milli komandasında baş məşqçi istefası gerçəkləşə bilər.

Aut.az xəbər verir ki, “ay-ulduzlular” Ştefan Kuntsla yolları ayırmağa hazırlaşır.

Yığmanın Şotlandiya (16 noyabr) və Çexiya (19 noyabr) ilə yoldaşlıq oyunlarından sonra almaniyalı mütəxəssislə yollar ayrılacaq. Bu barədə “Ajansspor” məlumat yayıb. Onu Sergen Yalçının əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə millisini çalışdırır.

Exit mobile version