AUT.AZ

“Turan Tovuz”un futbolçusu milliyə çağırıldı

“Turan Tovuz”un futbolçusu Siyanda Xulu yenidən Cənubi Afrika Respublikası millisinə dəvət alıb.

Aut.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi Mozambik və Anqola ilə oyunlar üçün yığmaya çağrılıb.

CAR millisi noyabrın 13-də bir araya gələcək. Yığmanın çalışdırıcısı yekun heyətdə 23 nəfər saxlayacaq və 7 oyunçu siyahıdan çıxarılacaq. CAR bu rəqibləri ilə uyğun olaraq, noyabrın 17-də və 22-də qarşılaşacaq. Hər iki qarşılaşma yerli “Mbombela” stadionunda baş tutacaq. Bu matçlar gələn ilin martında Afrika Millətlər Kubokunda Liberiya ilə keçiriləcək oyunlara hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, Siyanda Xulu cari mövsümün əvvəlindən “Turan Tovuz”da çıxış edir. Maraqlıdır ki, noyabrın 13-də “Turan Tovuz”  Premyer Liqasının XIV turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq.

Exit mobile version