AUT.AZ

Tovuzlu azarkeşlər Ayxan Abbasovu hədələdilər – Bu nə oyundur?

“Turan Tovuz” – “Şamaxı” matçından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovla yerli tərəfdarlar arasında gərginlik yaşanıb.

Aut.az Fanat.Az-a istinadla  xəbər verir ki, komandanın oyunundan razı qalmayan tələbkar azarkeşlər çalışdırıcıya irad bildiriblər.

“Bu nə oyundur”, “Rəqib ilk qələbəsini niyə Tovuzda qazanmalıdır” kimi iradları eşidən 41 yaşlı məşqçi soyunub-geyinmə otağına gedən tunelin girişində narazı şəxslərə eyni tonda etiraz bildirib. Qısa atmacalardan sonra Abasov paltardəyişmə otağına gedib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Şamaxı” matçı 1:3 hesabı ilə başa çatıb.

Exit mobile version