AUT.AZ

“Top 10”

“Roma”nın Avropa Liqasının qrup mərhələsinin son turunda “Ludoqorets” üzərində qələbəsi (3:1) Joze Mourinyu üçün əlamətdar olub.

Aut.Az  xəbər verir ki, romalıların çalışdırıcısı bununla avrokuboklarda ən çox qələbə qazanan məşqçi ünvanına sahib çıxıb.

“Special One” qitə turnirlərində 108-ci dəfə qalib gəlib. O, bununla “Real Madrid”in baş məşqçisi Karlo Ançelottini geridə qoyub.

Avrokuboklarda ən uğurlu məşqçilərin ilk “10-luğ”u belədir:

• Joze Mourinyu: 108 qələbə
• Karlo Ançelotti: 107 qələbə
• Ser Aleks Ferqyusson: 106 qələbə
• Pep Quardiola: 97 qələbə
• Arsen Venger: 96 qələbə
• Unay Emeri: 90 qələbə
• Rafa Benites: 74 qələbə
• Dieqo Simeone: 67 qələbə
• Yürgen Klopp: 65 qələbə
• Luis van Qaal: 58 qələbə

Exit mobile version