AUT.AZ

“Şamaxı”nın 4 bəxtəvəri

“Turan Tovuz” – “Şamaxı” oyununda qonaq komandanı bir əlin barmaqlarına sığacaq qədər azarkeş izləyib.

Aut.Az xəbər verir ki, səfər oyununa Şamaxıdan cəmi 4 azarkeş yollanıb.

Ancaq məhz həmin sadiq azarkeşlərə komandanın bu mövsüm Premyer Liqada ilk qələbəsini görmək nəsib olub.

“Şamaxı” “Turan Tovuz”u səfərdə 3:1 hesabı ilə məğlub edərək autsayder xallarını 7-yə çatdırıb.

Exit mobile version